İntellektual Qeyri-Bədii Ədəbiyyatın Beynəlxalq Kitab Sərgisi çərçivəsində 2024-cü il dekabrın 5-dən 8-dək Moskvada Beynəlxalq Ədəbiyyat Forumu keçiriləcək.
azturkxeber.az Rusiya mediasına istinadla xəbər verir ki, tədbirin proqramına müasir ədəbiyyatın və nəsrin ən aktual mövzularına, milli ədəbiyyatın və tərcümə sənayesinin inkişafı, ədəbi təhsilin problemləri, yazıçılar birliklərinin fəaliyyəti, xaricdə və Rusiyada mədəni həyatın digər aspektlərinə həsr olunan 16 panel müzakirəsi daxildir.
Təşkilatçıların sözlərinə görə, Forumun məqsədi beynəlxalq mədəni əlaqələri gücləndirmək və müxtəlif ölkələrin yazıçıları və ədəbi icmaları arasında dialoq qurmaqdır. Bu məqsədlə tədbirdə ədəbiyyat və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Əsas müzakirə mövzuları yazıçının müasir cəmiyyətdəki mövqeyi, media və nəşriyyat fəaliyyətindəki rolu, eləcə də bədii tərcümə sənayesinin üzləşdiyi problemlər olacaq.
Tədbirdə müxtəlif ölkələrdən 50-dən çox yazıçının iştirak edəcəyi gözlənilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Milli Kitabxanada “Şair - publisist, kitabşünas alim Knyaz Aslan - 65” adlı virtual və “Kitabşünas alim Knyaz Aslan-65” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub