AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Aytən Quliyeva “IV Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumu”nda onlayn şəkildə iştirak edib.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və bir sıra ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qatıldığı simpoziumda əməkdaşımız ““Azərbaycan qəzeti”ndə (1918-1920) ədəbiyyat və incəsənətə dair mövzular” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə fəaliyyətə başlamış “Azərbaycan qəzeti”ndə dövrün ziyalılarının ədəbiyyat və incəsənətə dair baxışlarından bəhs edib, çıxışında ədəbiyyatşünas, tənqidçi Seyid Hüseyn Sadıqzadənin qəzetdə dərc olunmuş teatr və ədəbiyyat haqqında nəzəri-estetik məqalələrini xüsusilə diqqətə çatdırıb. A.Quliyeva maraqlı məruzəsinə və konfransda fəal iştirakına görə təşkilatçı qurumların serifikatı ilə təltif olunub.
Qeyd edək ki, beynəlxalq simpozium Türk Dünyası Jurnalistlər Federasiyası, Niğdə Ömər Halisdəmir və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetlərinin birgə təşkilatçılığı ilə həyata keçirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ədəbiyyat İnstitutunun 2024-ci ilin yekunlarına həsr olunmuş hesabatı dinlənilib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB