Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində bir sıra yeni elektron məlumatlandırma xidmətləri də yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onların sırasına cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik sosial müavinətin təyin edilməsi, pensiyanın bir növündən digər növünə keçirilmə, əlilliyin müəyyən olunması, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxsə qulluq edən şəxs üçün aylıq təqaüdün təyinatı ilə bağlı qanunvericiliyin izah edilməsi xidmətləri daxildir.
Bundan əvvəl isə ünvanlı sosial yardım, uşağın anadan olmasına görə birdəfəlik müavinət, əlillik təyinatı və s. ilə bağlı müraciətlərin cari statusunun öyrənilməsi, sosial təminat növləri üzrə müraciət qaydalarına dair qanunvericiliyin izahı xidmətləri elektronlaşdırılıb.
Beləliklə, “142” Çağrı mərkəzinə müraciət edən şəxslər artıq həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müvafiq xidmət üzrə rəqəmi sıxaraq həmin xidmətə dair səsli menyu vasitəsilə məlumatı dinləmək imkanı əldə edirlər.
Məqsəd sadə müraciətlər, tez-tez verilən suallar, həmçinin birbaşa operator yardımı tələb etməyən zənglərlə bağlı cavablandırmanın elektron qaydada daha çevik həyata keçirilməsidir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əlilliyin verilməsi ilə bağlı bütün suallara CAVAB
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Tərəqqi və rifah siyasəti
20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə ediliblər