Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir. İmtahan vermək istəyənlər dekabrın 8-dək qeydiyyatdan keçə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının 1,2,3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi) və CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.
DİM, həmçinin Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat üçün international@dim.gov.az ünvanına yazmaq olar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir
Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib