Avropanın bütün klublarına Bakıda COP29 çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə yaradılmış iqlim dəyişikliyinə qarşı birgə alyansa qoşulmaq təklif olunacaq.
Bu barədə “Qarabağ” və Avropa Klublar Birliyinin İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.
Onun sözlərinə görə, müraciət ECA-nın dekabrın əvvəlində planlaşdırılan iclasında ediləcək və quruma üzv olan Azərbaycan təmsilçilərinə də şamil olunacaq.
Qeyd edək ki, birgə alyans noyabrın 16-da Bakıda “Qarabağ”, “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç ) klublarının iştirakı ilə yaradılıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Avropa Klublar Birliyinin rəsmisi: Maliyyənin çox olması klublararası dünya çempionatının cəlbediciliyini daha da artırır
Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça"nın növbəti sınağı