Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “Gizirlər üçün 1-ci Beynəlxalq Liderlik Forumu” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu beynəlxalq forumda iştirak edib.
Tədbir iştirakçıları arasında Azərbaycan və Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ, Almaniya, Banqladeş, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə, İordaniya, İraq, İspaniya, İsveç, İtaliya, Küveyt, Qətər, Mərakeş, Misir, Nigeriya, Oman, Pakistan, Tunis, Türkiyə, Yaponiya və Yunanıstandan olan hərbi qulluqçular olub.
Forumun keçirilməsinin məqsədi gizir heyətinin liderlik qabiliyyətinin inkişafı və effektiv rəhbərlik bacarıqlarının artırılmasıdır.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan-Pakistan strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinə baxış TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı