Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rusiya Federal Su Ehtiyatları Agentliyinin təşkil etdiyi “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda keçirilən tədbirdə iştirak edib.
Zaur Mikayılov tədbir zamanı qlobal çağırışlar və strateji prioritetlər, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq, davamlı və inteqrasiyalı su ehtiyatlarının idarə edilməsinin inkişafı, eləcə də dəyişən iqlim şəraitində adaptiv su idarəetmə modelləri mövzularında çıxış edib. Dövlət Su Ehtiyatları Agentliyinin sədri beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ekoloji tarazlığın uzunmüddətli qorunması istiqamətində Agentliyin mühüm təşəbbüslər həyata keçirdiyini vurğulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB