BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “EkoSfera” Sosial-Ekologiya Mərkəzi gənc ekoaktivistlərin iştirakı ilə ətraf mühitin qorunmasının əhəmiyyətini vurğulayan tədbir keçirib.
Aksiyanın məqsədi iqlim dəyişikliyinin qarşısını almaq və təsirini azaltmaq üçün əhali arasında məlumatlılığı artırmaqdır.
Tədbir zamanı uşaqlar ətraf mühit problemlərinin həll yollarını əks etdirən rəsmlərini nümayiş ediblər. Bu rəsmlərdə külək turbinləri, günəş panelləri kimi bərpaolunan enerji mənbələri, həmçinin iqlim dəyişikliyi və plastik tullantıların heyvanlara təsiri kimi mövzular əks olunub.
Proqramda uşaqlar xor şəklində “Birlikdə dünyani dəyişə bilərik” mahnısını ifa ediblər. Daha sonra Azərbaycan xalq rəqsi “Yallı” nümayiş olunub, “Qavaldaş” nağara ritm qrupu çıxış edib. Bu mədəni elementlər irsin, birliyin və ekoloji məsuliyyətin vacibliyini vurğulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
COP 29 Dünya iqlim sağlamlığına böyük töhfə verəcək-ZİYAFƏT ƏSGƏROV
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Bakı Limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğunun inşası üçün müqavilə imzalanıb
BMU QS reytinqində ölkə üzrə dördüncü yerə yüksəlib
Birləşmiş Krallıq universitetləri gənclərin imkanlarını iqlim dəyişikliyi ilə əlaqədar artırır