Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Qazaxıstan pavilyonunda “İnsan kapitalı və davamlı gələcək: iqlim davamlılığının gücləndirilməsində təhsilin, gənclərin və innovasiyaların rolu” tematik tədbir keçirilib.
Tədbirin əsas məqsədi davamlı inkişaf üçün təhsilin əhəmiyyətini vurğulamaq, eləcə də iqlim problemlərinin həllində gənclərin, QHT-lərin və vətəndaş cəmiyyətinin rolunu açmaq olub.
İştirakçılar ali təhsil sahəsində cari işləri, hökumətlərin və beynəlxalq təşkilatların təşəbbüslərini müzakirə ediblər.
“LCOY Qazaqstan” Milli Gənclər Konfransının nəticələri və beynəlxalq arenada gələcək fəaliyyətlər üçün əsas kimi Qazaxıstan gənclərinin bəyanatının mətni nəzərdən keçirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib