COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Burkina Fasonun nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rəsmi görüş keçirib. Nümayəndə heyətinə AzMİU-nun məzunu, hidrotexnik və kənd təsərrüfatı mühəndisliyi üzrə mütəxəssis Konate Moussa Dakianous rəhbərlik edib. Hazırda o, Burkina Fasoda fəaliyyət göstərən “İnkişaf üçün Dəstək-Məsləhət və Tədqiqatlar Ofisi"nin (BACIDE) direktorudur.
Bu barədə AzMİU-dan bildirilib. Rektor Gülçöhrə Məmmədova qonaqlara universitetin tarixi və beynəlxalq əlaqələrindən danışıb. Görüşdə Konate Moussa Dakianousa onun AzMİU-da təhsil aldığı dövrdəki qiymət kitabçası və tələbə bileti təqdim olunub. Bu jest qonaqlar tərəfindən xüsusi diqqət və məmnunluqla qarşılanıb.
Rektor Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-tikinti və quruculuq işləri barədə ətraflı məlumat verib. Bu işlərin dayanıqlı şəhərsalma və ekoloji çağırışlara uyğun şəkildə həyata keçirildiyini vurğulayıb.
Konate Moussa Dakianous Azərbaycanın dostu kimi bu inkişaf prosesinə qürurla baxdığını qeyd edib və ölkənin tərəqqisinə heyranlığını bildirib.
Görüşdə AzMİU-da son 30 il ərzində həyata keçirilmiş mühüm layihələr, universitetin inkişaf dinamikası və regionda mühəndislik təhsilində oynadığı aparıcı rol haqqında fikir mübadiləsi aparılıb. Universitetin beynəlxalq səviyyədə tanınmasında bu nailiyyətlərin əhəmiyyəti vurğulanıb.
Sonra nümayəndə heyəti Konate Moussa Dakianousun vaxtilə təhsil aldığı Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinə baş çəkib. Onlar fakültə əməkdaşları ilə ünsiyyət quraraq universitetdəki elmi mühit və tələbə illərinin nostaljisini bölüşüblər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı