Dağ ekosistemləri iqlim dəyişikliyindən ən çox zərər çəkən təbii ərazilərdir.
Bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistemlər üzrə direktor müavini Bruno Pozzi COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda tədbirdə çıxışında deyib.
O bildirib ki, dağlar erkən xəbərdarlıq sistemləri kimi çıxış edərək, iqlim dəyişikliyinin ekosistemlərə təsirlərini və bunun nəticəsində yaranan böhranları daha aydın nümayiş etdirir.
“Dağlar həssas ekosistemlərdir və alçaq ərazilərlə müqayisədə daha sürətli istiləşir. Bu isə iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və turizm, kənd təsərrüfatı kimi insan fəaliyyəti ilə bağlı sahələrə təzyiqləri daha da artırır”, - deyə B.Pozzi bildirib.
UNEP rəsmisi qeyd edib ki, ekosistem əsaslı yanaşmaları özündə birləşdirən milli adaptasiya planlarının hazırlanması bu risklərin azaldılmasında əsas rol oynaya bilər. Xüsusilə Qafqaz bölgəsində regional əməkdaşlığın əhəmiyyətini vurğulayan B.Pozzi qeyd edib ki, bu qlobal problemdir: “Dağ ekosistemlərinin zəifliklərini aradan qaldırmaq və davamlı icmalar yaratmaq üçün beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi həyati əhəmiyyət kəsb edir”.
O, UNEP-in iqlim dəyişikliklərinin təsirlərinə məruz qalmış regionları dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”