2050-ci ilədək 236 milyon qadın və azyaşlı qız qida çatışmazlığı ilə üzləşəcəyi, 158 milyon qadının isə yoxsulluq həddinə düşəcəyi gözlənilir.
Bu barədə BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri Сemima Njuki jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
O, iqlim dəyişikliyinin qadınlara və azyaşlı qızlara qarşı zorakılıq hallarının artmasına da səbəb olduğunu bildirib. Сemima Njuki ailələrin aclıq çəkdiyini, qida ehtiyaclarının artdığını vurğulayıb, bununla əlaqədar erkən və məcburi nikahların da artdığını, qadınların və qızların daha çox qida təhlükəsizliyi ilə qarşı-qarşıya qaldıqlarını qeyd edib.
BMT rəsmisi iqlim maliyyələşməsi ilə bağlı müzakirələr zamanı bu vəsaitin miqdarı ilə yanaşı, keyfiyyətinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıb. İqlim maliyyələşməsinin gender bərabərliyini nəzərə alaraq yerinə yetirilməli olduğunu qeyd edən Cemima Njuki bildirib: “Hazırda adaptasiya sahəsində yalnız 4 faiz, mitiqasiya sahəsində isə yalnız 2 faiz maliyyə gender bərabərliyinə yönəldilir. 2022-ci ildə 600 milyard dollar maliyyənin yalnız 20 milyard dolları gender bərabərliyinə ayrılıb”.
O, iqlim dəyişikliklərinin qadınlar və azyaşlı qızlar üzərində fərqli təsir yaratdığını nəzərə alaraq, bu qeyri-bərabərlikləri aradan qaldırmaq üçün maliyyə istiqamətinin dəyişməli olduğunu diqqətə çatdırıb. Həmçinin maliyyənin yerli təşkilatlara, qadınlara, yerli xalqlara, gənclər təşkilatlarına yönəldilməsinin vacibliyini vurğulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
BMT nümayəndəsi: İqlim dəyişikliyi nəticəsində qadınlara və azyaşlı qızlara qarşı zorakılıq halları artır
Milli Məclisin 2025-ci ilin yaz sessiyası başa çatıb
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB