Energetika naziri Pərviz Şahbazovun Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşü olub.
Nazirlikdən verilən məlumata görə, görüşdə Baş katib Haysam Əl-Qays Azərbaycanın COP29 Sədrliyinə dəstəyini ifadə edib və COP çərçivəsində keçirilən tədbirlərdə iştirakından bəhs edib. Həmçinin Baş katib qeyd edib ki, Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır.
Görüşdə enerji bazarındakı qlobal trendlərdən, neft sənayesinin perspektivlərindən, “təmiz enerji”yə nail olmaq üçün emissiyaların azaldılmasından və yeni texnologiyaların tətbiqində investisiyaların əhəmiyyətindən danışılıb. “OPEC plus” formatında təmsil olunan ölkələrin həyata keçirdiyi bərpaolunan enerji layihələrinin və bu əməkdaşlıq əlaqələrinin “yaşıl enerji” tərəfdaşlığına töhfələri nəzərdən keçirilib. Bu xüsusda, BƏƏ və Səudiyyə Ərəbistanının Azərbaycanda və Mərkəzi Asiya ölkələrində bərpaolunan enerji layihələrində iştirakı qeyd edilib.
Söhbət zamanı enerji bazarının sabitliyinin təmin olunmasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu cür dialoqların davam etdirilməsinin vacibliyi ifadə olunub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Yaşıl sivilizasiyanın COP29 anonsu
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib