Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla istehsal olunan “Bayraktar TB3” yeni nəsil silahlı pilotsuz uçuş aparatı (SİHA) qardaş ölkənin digər milli istehsalı olan “TCG Anadolu” hərbi amfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurub. Bununla da “Bayraktar TB3” dünya aviasiya tarixində SİHA olaraq ilk dəfə qısa uçuş-enmə zolağına malik dəniz vasitəsində qalxış və enmə manevrini uğurla həyata keçirə bilib.
“Bayraktar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb. Türkiyənin milli SİHA-sı ötən il dekabrın 20-də həyata keçirilən uzun uçuş testində isə yerə enmədən 32 saat havada qalaraq 5 700 kilometr məsafə qət edib.
“Bayraktar TB3” bu ilin mart ayında Türkiyənin texnologiya nəhənglərindən “Aselsan” tərəfindən yerli imkanlarla təkmilləşdirilən, dünyadakı müvafiq sistemlərə nisbətən ən yüksək performansa sahib “ASELFLIR-500” Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəfləmə Sistemi ilə təchiz edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
TEKNOFEST Mavi Vatan Ziyarətçi Qeydiyyatı Başladı!