İqlim dəyişikliyinin təsirini və Xəzər dənizinin bu təhlükələrə həssaslığını hər gün gözlərimizlə görürük. Xəzər dənizi unikaldır. O, dünyanın ən böyük daxili su hövzəsidir, Azərbaycan və region üçün mühüm sərvətdir. Çünki o, sahilyanı dövlətlər üçün biomüxtəlifliyimizi, iqtisadiyyatımızı və icmalarımızı dəstəkləyən ən böyük təbii resursdur.
Bu sözləri COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Xəzər dənizinin ekologiyası mövzusunda keçirilən QHT-lərin beynəlxalq forumunda söyləyib.
O bildirib ki, Xəzər dənizi ətrafındakı ölkələr üçün biomüxtəlifik mənbəyidir və bu ölkələrin iqlim sistemlərinin və ekosisteminin çox mühüm hissəsidir. Xəzər qapalı dəniz olduğu üçün çox “həssas”dır. Onun ekoloji tarazlığı asanlıqla pozulur və biz artıq uzun illərdir ki, Xəzər dənizini öyrənsək də, onun necə davrandığını, mürəkkəbliklərini və davranışının dəyişməsini hələ də tam bilmirik.
"COP29 kontekstində qlobal, regional və milli gündəmlər mövcuddur. Xəzər isə unikal və mürəkkəb regional gündəliyin çox parlaq nümunəsidir ki, bu da onu əhatə edən ölkələr üçün vahid baxış və iqlim gündəmini birləşdirməyə, müəyyən etməyə əla imkan yaradır. Hər şeyi düzgün etsək, təkcə iqlim və ətraf mühitə deyil, həm də iqtisadiyyata və onu əhatə edən icmalara müsbət təsir göstərəcəyik. Xəzər dənizini qorumaq üçün davamlı həll yollarının işlənib hazırlanmasında qeyri-dövlət subyektlərinin, o cümlədən biznes, universitetlər, elm və akademiyaların rolu çox vacibdir", - deyə N. Arpadarai əlavə edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!