Yaponiyanın qlobal emissiyalarla bağlı əhəmiyyətli dərəcədə təşəbbüsləri var. “Fast food” mərkəzlərindən tutmuş restoranlara kimi bir çox yerlərdə həddindən artıq qida israfçılığı baş verir və bu məkanlar da maarifləndirilməli, onlarla sıx əməkdaşlıqlar qurulmalıdır.
Bunu Yaponiyanın qlobal ətraf mühit münasibətləri üzrə nazir müavini Matsuzava Yutaka noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan azaldılması (ROW)” üzrə yüksəksəviyyəli tədbirdə deyib.
Nazir müavini çıxışında, həmçinin metan ixracını azaldan yeni texnologiyaları mövcud olan əməkdaşlıq vasitəsilə Afrika ölkələrinə yaymağın vacibliyini qeyd edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”