Təəssüf ki, iqlim dəyişmələrinin yaratdığı aktual problemlər və insanların yerdəyişməsinə güclü təsiri indi həmişəkindən daha önəmlidir. Hesablamalara görə, son on il ərzində iqlimlə bağlı fəlakətlər davamlı olaraq illik yerdəyişmələrin artmasına səbəb olub.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Mavi Zonada "COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən yüksəksəviyyəli panel iclasda deyib.
Onun sözlərinə görə, tədqiqatlar göstərir ki, lazımi adaptasiya tədbirləri tətbiq olunmasa, iqlim dəyişmələri ilə əlaqədar fəlakətlərin artması dünyanın bir çox yerində yerdəyişmələrin miqyasının böyüməsinə səbəb ola bilər: "Bu kontekstdə, bugünkü müzakirələrin əsas məqsədləri olan insanların yerdəyişməsi və iqlim dəyişmələri arasındakı əlaqənin kollektiv şəkildə anlaşılması ətrafında dialoqun təşviqi, müvafiq maraqlı tərəflər arasında məlumatlılığın artırılması, eləcə də iqlim dəyişmələrinə dayanıqlılığın artırılması və adaptasiya planlarının hazırlanması üçün inklüziv və vahid strategiyaların müəyyənləşdirilməsi vacibdir. Buradakı müzakirələrimiz həm də fəaliyyətlərin stimullaşdırılmasına yönələcək".



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Yaşıl sivilizasiyanın COP29 anonsu
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
COP29: “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı panel iclas keçirilir YENİLƏNİB