Noyabrın 18-dən məktəbəqədər təhsil müəssisələrində vakant olan metodist vəzifəsinə işə qəbul müsahibəsinə qeydiyyat başlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, müsahibə zamanı namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaq. Həmçinin namizədlərin effektiv kommunikasiya qurmaq bacarığı, münaqişələrin həlli, innovativlik, metodik dəstək, rəhbərlik və pedaqoji səriştələr üzrə qiymətləndirilməsi həyata keçiriləcək.
Namizədin məktəbəqədər təhsil üzrə ali təhsilli və 10 ildən az olmayaraq pedaqoji təcrübəyə malik olması əsas tələblərdəndir.
Qeyd edək ki, namizədlərin biliklərinin qiymətləndirilməsi Təhsil İnstitutunun hazırladığı “Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qeyd olunan mövzu və istiqamətlərə əsaslanacaq.
Müsahibədə iştirak etmək istəyən namizədlər 29 noyabr saat 11:00-dək qeydiyyatdan keçə bilərlər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilir
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda elmi-praktiki beynəlxalq konfrans keçirilib