“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib.
QSC-dən verilən məlumata görə, görüşdə Zakir İbrahimov müsabiqə qalibi ilə kadrların və vaxtın idarə edilməsi, iş və həyat balansı, emosional zəka, fors-major hallarda effektiv qərar qəbuletmə ilə çevikliyin təmin olunması mövzuları ətrafında müzakirələr aparıb.
İdarə Heyətinin sədri, həmçinin məhdud maliyyə və insan resurslarından istifadənin effektiv planlaşdırması və prioritetləşdirməsi istiqamətində təcrübəsini bölüşüb, müsabiqə qalibinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Müsabiqə qalibinin 1 illik fərdi inkişaf planına uyğun olaraq idarəetmə sahəsində nəzəri biliklərlə yanaşı, real iş mühitində təcrübə toplayaraq müvafiq sahədə bacarıqlarını artırması üçün işgüzar görüşlərə cəlb edilməsi nəzərdə tutulub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Milli Məclisin iclasında