Bu gün Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir. Tarixdən gələn bir sıra bağlılıqlar və vətəndaş cəmiyyətlərinin qarşılıqlı istəyi ölkələri daha da birləşdirir.
Bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında söyləyib.
A.Əliyeva bildirib ki, COP29-un insan kapitalına həsr edilmiş tematik günündə türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun keçirilməsi çox önəmlidir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır”. Bu baxımdan insan kapitalının gücləndirilməsi vasitəsilə Türk coğrafiyasının uzunmüddətli inkişafına nail olmaq və regionun üzləşdiyi ekoloji təhdidlərlə birgə mübarizə aparmaq olar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
COP29-da türk dövlətləri QHT-lərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib