Ümumdünya Təbiəti Mühafizə Təşkilatının (WWF) Azərbaycan ofisi və WWF international ofisi COP29 konfransı çərçivəsində yerli və beynəlxalq teleradio şirkətlərinin, media suebyektlərinin nümayəndələrinin iştirakı ilə jurnalistlər üçün Abşeron Milli Parkına və “Yanaq dağ” kompleksinə mediatur təşkil edilib.
Mediaturda WWF-nin Azərbaycan üzrə direktoru Elşad Əsgərov, “WWF International”ın iqlim üzrə təcrübə rəhbərinin müavini Steven Cornelius, “WWF Azerbaijan”ın iqlim dəyişmələri üzrə eksperti Elana Əlizadə müsahibələrində Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsinin iqlim dəyişikliyi kontektsində dəyişməsinin səbəbləri, biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyinin təbiətə təsiri, COP29-dan gözləntilər haqqında jurnalistləri məlumatlandırıblar.
Mediatur zamanı “WWF Azərbaycan”ın COP29 üzrə kommunikasiya koordinatoru Elçin Sərdarov jurnalistlərə və xaricdən gələn WWF-dən olan qonaqlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya mənbələrinə və milli qanunvericiliyə istinad edilərək hazırlanmış jurnalistlər üçün Xəzər dənizi və Abşeron Milli Parkı ilə bağlı informativ təlimatı təqdim edib.
Bundan başqa, jurnalistlər noyabrın 18-də COP29-da Mavi Zonada Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) və onun tərəfdaşlarının iştirakı ilə keçiriləcək təqdimata dəvət ediliblər.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB