ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən edilən açıqlamada ABŞ-nın 18 ştatında bir şirkətə məxsus qablaşdırılmış orqanik köklərdə E.coli bakteriyasının aşkar edildiyi bildirilib.
Açıqlamada, ABŞ-da qablaşdırılmış orqanik kök istehlakı səbəbindən coli bakteriyasına yoluxan 39 nəfərdən birinin öldüyü, 15 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, insan və heyvanların bağırsaqlarında tapılan koli bakteriyaları ümumiyyətlə zərərsiz olsa da, bəzi növləri qida zəhərlənməsi, sidik yolları və qan dövranı infeksiyalarına səbəb ola bilər.
Bundan əlavə, E. coli bakteriyası ABŞ-da ildə təxminən 70 min infeksiyaya səbəb olur və bu səbəbdən hər il 2 mindən çox insan müalicə olunur.
Xatırladaq ki,bu günlərdə ABŞ-nın 14 ştatında McDonalds restoranlarında hazırlanan hamburgerlərdə aşkar edilən E.coli bakteriyasına görə 104 nəfər xəstəxanalıq olub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Səssiz başlayan təhlükə: körpələrdə pnevmoniyanı necə vaxtında tanımalı?
Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq – Səhiyyə Nazirliyindən yeni texnologiya barədə açıqlama