İqlim dəyişikliyinin insan sağlamlığına birbaşa və dolayı təsiri var. Ekstremal hava şəraitləri təkcə iqlimə deyil, səhiyyəyə də mənfi təsir göstərir. Daşqınlar və quraqlıqlar daha çox infeksion xəstəliklərin yayılmasına səbəb olur, içməli su mənbələrinin azalmasına gətirib çıxarır. Bu problemlər xüsusilə təsirə birbaşa məruz qalan ərazilərdə özünü daha bariz şəkildə görstərir.
azturkxeber.az xəbər verir ki, bu sözləri Uruqvay Senatının üzvü xanım İren Moreyra noyabrın 17-də Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşünün ikinci günündə keçirilən sessiyada çıxışı zamanı deyib.
"İqlim dəyişikliyi yalnız keyfiyyətə təsir etmir, eyni zamanda, əlçatanlığı da azaldır. Onun təsirlərini kənd təsərrüfatında, balıqçılıqda da görmək olar. Bu dəyişikliklər nəticəsində balıqçılıq mövsümləri də dəyişir. Beləliklə, bunun iş şəraitinə də təsiri olur. İnsanlar daha ağır şəraitdə işləməyə məcbur qalırlar", - deyə uruqvaylı senator diqqətə çatdırıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”