Noyabrın 17-də COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları” mövzusunda panel sessiyası keçirilib.
azturkxeber.az xəbər verir ki, panel sessiyasında Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos, “onepoint5”in təsisçi tərəfdaşı və baş direktoru, eyni zamanda, UNFCCC-nin sabiq icraçı katibi (2016-2022) Patrisia Espinoza, həmçinin “Unison Group”un təsisçisi və prezidenti Nurzat Abdirasulova iştirak ediblər.
Panel sessiyada qadınların iqlim dəyişikliyi ilə mübarizə proseslərində iştirakı qənaətbəxş hesab edilsə də, onların liderlər səviyyəsində iştirak göstəricisinin aşağı olduğu bildirilib. Qeyd olunub ki, 30 il ərzində keçirilən COP tədbirlərində cəmi 5 konfrans qadınlara həsr edilib, bu da qadınların potensialın üzə çıxarılması baxımından o qədər də müsbət hal deyil.
Çıxış edənlər qadınların COP-da iştirak məsələsinə toxunub, Qərbi Avropa və Latın Amerikası ilə müqayisədə Afrika və Asiyadan daha az qadının belə tədbirlərə qatıldığına diqqət çəkib, bərabər iştirakçılığın təmin olunmasına çalışmağın zəruriliyini diqqətə çatdırıblar.
Onlar yaşıl enerjiyə keçidin qadınlar olmadan mümkünsüzlüyünü, planet əhalisinin 50 faizini təşkil edən qadınların böyük energetika şirkətlərinin idarə heyətlərində təmsil olunmalarının vacibliyini vurğulayıblar.
Qadınların uğur hekayəsinin 30 faiz zəhmətdən, 70 faiz isə bəxt amilindən asılı olduğu bildirilib.
Sessiya iştirakçıları qadınları ambisiyalı olmağa və öz məqsədləri naminə inamlı addımlar atmağa səsləyiblər. Qadınların bir-birinə motivasiya vermələrinin, uğura gedən yolda ilham mənbəyi olmalarının əhəmiyyəti qeyd edilib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!