BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşü noyabrın 17-də işini davam etdirir.
Tədbir çərçivəsində "İqlim həssaslığını həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" adlı sessiya keçirilir.
Birinci gündə iqlim dəyişikliyinin real həyatdakı təsirləri haqqında əldə edilən məlumatlara əsaslanaraq, bu sessiya parlamentarilərə kiçik ada dövlətləri, dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif dövlətləri özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı verəcək.
Sessiyada, həmçinin iqlim dəyişikliyinin gənclər arasında sosial həssaslığa təsiri barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
COP29-da İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Təşəbbüsü Dialoquna start verilib
BMT-nin idarə direktoru: Yaşıl dünya naminə həmrəylik dövlətlərdən mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmağı tələb edir