İqlim dəyişikliyi problemi dünyada bütün insanlar üçün əsas aktual narahatlıqdır. Parlamentlər vətəndaşların həyatını dəyişdirən konkret addımları dəstəkləyə bilər. Yaşanıla bilən dünya uğrunda mübarizədə konkret fəaliyyətə keçilməlidir.
Bu fikirləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
Dayanıqlılığın artırılmasından, daha sağlam həyat standartlarının təmin olunmasından da bəhs edən icraçı katib vurğulayıb: “Biz insanlara daha da irəli getməyə imkan verən siyasətlərə ehtiyac duyuruq. Həm də bilirik ki, təkcə ambisiya kifayət etməyəcək. Hər bir ölkə kifayət qədər ambisiyalı olmalıdır. Maliyyələşdirmə məsələsi çox önəmlidir, xüsusilə iqlim maliyyəşməsindən əziyyət çəkən ölkələr üçün. Hər bir ölkədə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi önəmlidir”.
Saymon Stil qeyd edib ki, hazırda 8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir. İqlimlə bağlı bu cür tədbirlər həqiqi iqtisadi nəticəsi olan prosesə çevrilməlidir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!