Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “The Global Economics” jurnalının keçirdiyi beynəlxalq müsabiqədə qaliblər siyahısında yer alıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti "Əmək münasibətlərində aparıcı dövlət müəssisəsi” nominasiyası üzrə mükafata layiq görülüb.
Müsabiqədə Portuqaliya, Misir, Yaponiya, Argentina, Honkonq, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq, Almaniya, İsrail, Kanada da daxil olmaqla 50-dən çox ölkənin müvafiq dövlət və özəl qurumları iştirak edib.
Nüfuzlu beynəlxalq xəbər nəşrlərindən olan “The Global Economics” kommersiya və investisiya bankçılığı, kapital idarəçiliyi, sosial təminat, sığorta, daşınmaz əmlak, texnologiya və enerji sahələri üzrə cari trendlərə uyğun təhlillər dərc edir.
Qeyd edək ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu da həmin müsabiqədə “İlin sosial təminat transformasiyası təşəbbüsü” nominasiyası üzrə qalib olub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycan Dövlət Bayrağı – Milli kimliyimizin əbədi rəmzi