COP29 çərçivəsində “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfrans başa çatıb.
azturkxeber.az xəbər verir ki, Yaşıl Zonada “Water” konfrans zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutmuş konfransın II panelinin moderatoru “Qarabağın Tərəqqi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova olub.
“Qlobal iqlim həllərinə icma nümayəndələrinin cəlbi: çağırışlar, imkanlar və yollar” adlı II paneldə Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçisi Qayser Nəvab, "President's Award-Kenya" təşkilatının icraçı direktoru Margaret Kiogora, Beynəlxalq Ticarət Mərkəzinin YECO Proqramında “startap” mentoru və Dünya Bankının Qlobal Gənclər Sammitində AB EMEA nümayəndəsi Berat Şenyerli, "Global One 2015" təşkilatının icraçı firektoru Husna Əhməd məruzələrlə çıxış edib.
“Gənclərin və qadınların iqlim liderliyində gücləndirilməsi”, “Yaşıl, dayanıqlı və inklüziv gələcək”, “İnklüziv iqlim hərəkatının qurulması” və s. mövzularda geniş müzakirələr aparılıb.
Konfrans birgə bəyanatın qəbul edilməsi ilə başa çatıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Yaşıl sivilizasiyanın COP29 anonsu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB