Cəmi 11 ay ərzində Azərbaycan COP29-a hazırlıqla bağlı böyük işlər görüb. Təəssüf ki, ölkəmiz bu hazırlıqlar zamanı bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli münasibətlərlə, dezinformasiyalarla üzləşib. Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla başlayıb və bütün maraqlı tərəflərin cəlbi ilə işini davam etdirir, qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir. Davam edən müzakirələr nəticəsində artıq mühüm qərarlar qəbul olunub. İqlim dəyişikliyi milli sərhədləri aşan və ümumi səylər tələb edən bəşəri problemdir. Bu prosesdə ümumi məqsəd uğrunda birliyimizi göstərməliyik.
“İqlim böhranı getdikcə kəskinləşir. Kəskinləşdikcə isə onun mənfi təsirlərini aradan qaldırmaq çətinləşir. Bizim az vaxtımız var. Qanunvericiliyimizi daha da təkmilləşdirməliyik. Vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq onların narahatlığını anlamağa kömək edəcək”, - deyə Sahibə Qafarova qeyd edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
Yaşıl sivilizasiyanın COP29 anonsu