Qırğızıstan Beynəlxalq Universitetinin nümayəndələri – rektor akademik Asilbek Aydaraliyev, elm və beynəlxalq əlaqələr üzrə prorektor Maksatbek Anarbayev Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Bu barədə ADPU-dan məlumat verilib.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin tarixi, strukturu, təhsil proqramları və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib, mübadilə proqramlarının, birgə layihələrin, eləcə də elmi tədbirlərin hər zaman diqqətdə saxlanıldığını bildirib. Rektor qeyd edib ki, bu kimi beynəlxalq əməkdaşlıqlar universitetin missiyasına uyğun olaraq həm tələbə və müəllimlərin təcrübəsini artırmaq, həm də elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədi daşıyır.
ADPU-nun rektoru Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olması ilə yanaşı, regional inkişafın təmin olunmasına xidmət etdiyini bildirib.
Sonda qonaqlar ADPU-da yenilənmiş infrastrukturla tanış olub, tələbələr üçün yaradılmış tədris mühitini müşahidə ediblər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB