SOCAR Azərbaycanın milli neft-qaz şirkətidir. 2050-ci ilə qədər sıfır xalis emissiya hədəfinə çatanda SOCAR Azərbaycanın enerji çempionu olmağı hədəfləyir.
azturkxeber.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bu hədəflərə çatmaq hədəfini COP28-də elan ediblər.
“Biz hazırda bu transformasiya yolundayıq. Bu hədəflərə 3 mərhələdə çata bilərik. Birinci mərhələ, dekarbonizasiya. Biz dekarbonizasiyaya çatmaq üçün yüksək texnologiyalardan istifadə edirik. İkinci mərhələ, təşkilati transformasiyadır. Yəni biz bərpaolunan enerji mentalitetimizi tərtib etmək istəyirik. Üçüncü mərhələ isə, biz beynəlxalq tərəfdaşlarımızla birgə hidrogen, günəş və külək enerjisinə əsaslanan biznesləri yaratmağa çalışırıq”, - deyə SOCAR-ın vitse-prezidenti vurğulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
COP 29 Dünya iqlim sağlamlığına böyük töhfə verəcək-ZİYAFƏT ƏSGƏROV
Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu