Noyabr ayının ilk ongünlüyündə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramına seçimin test imtahanı mərhələsi keçirilib.
azturkxeber.az xəbər verir ki, proqrama müraciət edən şəxslərin seçimi prosesində məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllim və metodistlərinin diaqnostik qiymətləndirilməsindən topladıqları ballar nəzərə alınıb və həmin şəxslər əlavə imtahana cəlb olunmayıblar. İcmaəsaslı məktəbəqədər təhsil qruplarında çalışan tərbiyəçi-müəllimlər, metodistlər və diaqnostik qiymətləndirmədə iştirak etməyən digər namizədlər üçün isə test imtahan təşkil edilib. İmtahanda namizədlərə riyazi-məntiqi düşünmə, rəqəmsal məlumatlarla işləmə, tənqidi oxu bacarığına dair suallar təqdim edilib. İmtahandan uğur qazamış namizədlər üçün müsahibə mərhələsi təşkil edilib.
Qeyd edək ki, proqrama seçilən iştirakçılar məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili və idarə olunması, sənədlərlə işin təşkili, daxili keyfiyyət sisteminin qurulması, sağlamlıq, təhlükəsizlik, rifah və s. kimi istiqamətləri əhatə edən, ümumilikdə 60 saatlıq təlim proqramına cəlb olunacaqlar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul ilə bağlı qeydiyyatdan keçən şəxslərin nəzərinə!
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilir