İspaniyanın şimal-şərqində Saraqosa şəhəri yaxınlığındakı Villafranca de Ebroda bələdiyyəsində qocalar evində baş verən yanğın azı on nəfərin ölümünə səbəb olub.
azturkxeber.az RTVE telekanalına istinadla xəbər verir ki, yanğın nəticəsində xəsarət alan daha iki nəfərin vəziyyəti ağırdır.
Hadisə yerli vaxtla saat beş radələrində binadakı otaqların birində başlayıb. Yanğın zamanı binada 82 sakin və mərkəzin bir neçə işçisi olub. Hazırda hadisə yerində yanğınsöndürənlər, polislər, həkimlər və psixoloqlar işləyir.
Məlumata görə, 2008-ci ildə açılan qocalar evi sonradan psixoloji problemləri olan insanlara yarım mərkəzi kimi də fəaliyyət göstərməyə başlayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB