Noyabrın 15-də Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs - Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) təşkilatçılığı ilə keçirilmiş “İqlim və sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclasının mətbuat konfransı olub.
Mətbuat konfransında Azərbaycanın sədrliyinin priotetlərindən olan sülh və təhlükəsizlikdən bəhs edilib. Bu gün dünyanın bir çox ərazilərinin iqlim dəyişmələrindən və münaqişələrdən əziyyət çəkdiyi qeyd olunub. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə yaradılmış “Sülhə yardım günü” qeyd olunaraq, bu günə həsr edilmiş bir çox tədbirlər barədə məlumat verilib.
Eyni zamanda, bu gün keçirilmiş “İqlim və sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” mövzusunda yüksəksəviyyəli panel iclasında “Potensial İnkişaf Bakı Şəbəkəsi”nin yaradılması və onun məqsədlərindən, yeni innovativ mexanizmlərdən bəhs edilib. Həmçinin iqlim dəyişmələri ilə bağlı öhdəliklərin genişləndirilməsi və bu istiqamətdə görülən işlər barədə məlumat verilib. COP29-un prioritetlərinin maliyyə ilə bərabər, birgə əməkdaşlıq olduğu qeyd edilib. Bu sahədə sülh quruculuğu, humanitar və digər sahələrdə birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb. Davamlı gələcək üçün ən zəif ölkələrə, eləcə də iqlim dəyişikliyinin təsir etdiyi qadın və uşaqlar kimi kövrək təbəqəyə yardımın önəmi diqqətə çatdırılıb.
Vurğulanıb ki, COP29-un məqsədi yalnız Birgə Təşəbbüs qrupu ölkələrini deyil, dünyanın digər dövlətlərini də sülh və iqlim təşəbbüsünə cəlb etməkdir.
Mətbuat konfransında çıxış edənlər COP29 Sədrliyinə yeni innovativ dialoqun başlanmasına və inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkür ifadə olunub. Bakı çağırışının xüsusilə həssas regionlara beynəlxalq dəstəyin artırılması məqsədi daşıdığı bildirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi dünya birliyinin ölkəmizə olan hörmətinin əlamətidir.