Cari ilin hazırlıq planına əsasən "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimin ilkin mərhələsində bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra edilib.
Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra olunub.
Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Ordusunda müxtəlif bölmələrin taktiki-xüsusi təlimləri keçirilib (video)
FHN Şimal regionunda taktiki-xüsusi təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib