COP29 çərçivəsində “Bakı Ağ Şəhər - iqlim fəaliyyətinə dair tövsiyələr” adlı təqdimat keçirilib.
azturkxeber.az xəbər verir ki, tikinti mühiti üzrə ekspert və “Grimshaw” şirkətinin Davamlılıq departamentinin rəhbəri Paul Toynenin məruzəçiliyi ilə keçirilən təqdimatda Bakı Ağ Şəhərinin baş planında tətbiq olunan yüksək səviyyəli dizayn strategiyaları üzrə şirkət tərəfindən aparılan son araşdırmalar təqdim olunub.
Təqdimat zamanı Bakı Ağ Şəhərinin baş planında istifadə olunan davamlılıq yanaşmaları və iqlim dəyişikliyinə uyğunlaşma üçün nəzərdə tutulan tədbirlər müzakirə edilib. Paul Toyne qeyd edib ki, layihə çərçivəsində yaşıl sahələrin genişləndirilməsi, enerji effektivliyi texnologiyalarının tətbiqi və az karbon emissiyalı tikinti materiallarından istifadə kimi strategiyalar layihədə prioritet təşkil edir. O, həmçinin vurğulayıb ki, Bakı Ağ Şəhəri layihəsi iqlim fəaliyyətinə yönəlmiş innovativ yanaşmaları ilə digər şəhər inkişaf layihələri üçün nümunəvidir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin iclasında
Milli Məclisin plenar iclasında
Yaşıl sivilizasiyanın COP29 anonsu
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB