Noyabrın 15-də COP29 Sədrliyinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “COP29: Düşüncədən əmələ-Bakı Habı ilə həll yollarının formalaşdırılması” mövzusunda dəyirmi masa təşkil edilib.
azturkxeber.az xəbər verir ki, tədbirdə Almaniyanın Adelphi, Azərbaycanın BMTM, Birləşmiş Ərəb Əmirliklərinin “Anwar Gargash” Diplomatik Akademiyası, Misirin “Münaqişələrin həlli, sülhün qorunması və sülh quruculuğu” (CCCP), Birləşmiş Krallığın Xarici İnkişaf İnstitutu (Overseas Development Institute - ODİ), İtaliyanın “WEC İtaly” (World Energy Council) kimi beyin mərkəzlərinin nümayəndələri bir araya gəliblər.
Dəyirmi masanın əsas məqsədi Bakı İqlim və Sülh Fəaliyyəti Habı çərçivəsində yuxarıda qeyd edilən məsələlərin həlli ilə bağlı beyin mərkəzlərinin İşçi qrupunu yaratmaqdır.
Bu qrup tematik hesabatların, araşdırma və analitik nəşrlərin hazırlanması ilə məşğul olacaq. Həmçinin işçi qrup tələb olunduğu təqdirdə, tövsiyə və praktiki təlimatlar təqdim etməli, Katiblik tərəfindən hazırlanan illik hesabatlar üçün məlumat bazası toplamalıdır.
Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri F.Şəfiyev, “Adelphi”nin iqlim diplomatiyası və təhlükəsizlik proqramının direktoru Janani Vivekananda, ODI-dən (Xarici İnkişaf İnstitutu) Rebeka Nadin, “Anwar Gargash” Diplomatik Akademiyasından (AGDA) Mustafa Bayoumi və “WEC Italy”dən komitə üzvü Paolo Storti münaqişə və böhranlardan əziyyət çəkən ölkələrin iqlimə uyğunlaşma, davamlılıq sahəsində ən az maliyyə dəstəyi aldıqlarını vurğulayıblar.
Bildirilib ki, iqlim böhranlarının təsirləri getdikcə böyüyür. Onlar BMT agentliklərini bu sahədə əməkdaşlığa dəvət edərək, ölkələrə öz iqlim siyasətlərini həyata keçirməkdə dəstək verilməsinin vacibliyini vurğulayıblar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
COP29 çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib