Sülh Azərbaycanın əsas prioritetidir. İqlim dəyişikliyi qida təhlükəsizliyi ilə bağlı problemi də gücləndirir, su qıtlığını və torpağın deqradasiyasını sürətləndirir. Bunlarda öz növbəsində miqrasiyaya aparır.
azturkxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov noyabrın 15-də Bakıda Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs-Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclasında deyib.
İqlim dəyişikliyinin yaratdığı fəlakətlərin qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr üçün katalizator rolunu oynadığını vurğulayan nazir qeyd edib: “Münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlığa, inkişafa zərər gətirəcək”.
Ceyhun Bayramov əlavə edib ki, 2021-ci ilədək 355 milyon ev təsərrüfatı, təxminən 1,3 milyard insan iqlim təhlükələrinə məruz qalıb. Beş yüz milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdədir. Ən həssas təbəqənin artan səsinə cavab olaraq, COP29 Sədrliyi son bir neçə ay ərzində iqlim və sülh əlaqəsi üzrə birgə fəaliyyəti gücləndirmək üçün beynəlxalq səylərə rəhbərlik edir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
COP29: “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı panel iclas keçirilir YENİLƏNİB