BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyanın müxtəlif ölkələrindən nümayəndələri, yüksək səviyyəli siyasətçiləri və ekspertləri bir araya gətirib.
azturkxeber.az xəbər verir ki, Birləşmiş Krallıqdan gələn nümayəndə heyətinə müxtəlif sahələr üzrə yüksək səviyyəli nazirlər də daxildir. Böyük Britaniyanın inkişaf naziri Annelis Dodds, ticarət siyasəti üzrə dövlət naziri Duqlas Aleksandr və beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkarti COP29-da Britaniya pavilyonunu ziyarət ediblər. Nazirlər ziyarət çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçiriblər.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer, enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend və xarici işlər naziri Devid Lemmi də COP29 üçün Bakıya gələn Britaniya nümayəndə heyətində yer alırlar. Bu, Böyük Britaniyanın qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öhdəliklərinə sadiqliyini və beynəlxalq arenada bu sahədə daha sıx əməkdaşlıq qurmaq arzusunu göstərir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”