İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “Baker Hughes” şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə şirkətlə birgə fəaliyyət çərçivəsində həyata keçirilən layihələr, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlığın artırılması üzrə əməkdaşlıq nəzərdən keçirilib. Dayanıqlı biznes həlləri, emissiyaların azaldılmasına yönəlmiş fəaliyyət və dekarbonizasiya istiqamətində tərəfdaşlıq məsələlərinə toxunulub.
Tərəflər yaşıl enerji sahəsində ölkəmizin zəngin potensialından səmərəli istifadənin, iqlim fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilinin və bərpaolunan enerjiyə investisiyaların artırılmasının əhəmiyyətini vurğulayıblar. Enerji keçidinin təşviqi və bu xüsusda şirkətin ölkəmizin yaşıl gələcəyinə verə biləcəyi töhfələr, həmçinin SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivləri müzakirə edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
ADY innovativ həllərlə əməliyyat səmərəliliyini və təhlükəsizliyi artırır
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib