COP29 çərçivəsində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbrinin başçılıq etdiyi nümayəndə heyəti “AzərEnerji” ASC-nin Yaşıl Zonada yerləşən pavilyonunda olublar.
azturkxeber.az “AzərEnerji” ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, italiyalı qonaqlarla qurum rəhbəri Baba Rzayev arasında görüş olub.
Daha sonra “AzərEnerji” ilə “Ansaldo Energia” arasında dekarbonizasiya, kadr hazırlığı, karbon tutma, yaşıl hidrogen, kiçik modul reaktorları və başqa istiqamətləri əhatə edən anlaşma memorandumu imzalanıb.
“AzərEnerji” ilə “Ansaldo Energia” şirkəti arasında elektrik enerjisinin istehsal sistemləri, yaşıl hidrogen istehsalına dair təcrübə mübadiləsi ilə bağlı anlaşma memorandumu yaşıl enerji keçidinə mühüm töhfə verəcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADY innovativ həllərlə əməliyyat səmərəliliyini və təhlükəsizliyi artırır
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib