Bu gün biz COP29 konfransı çərçivəsində Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılmasında mühüm mərhələnin şahidi oluruq. Təmiz Enerji Mərkəzinin açılışı təşkilatın enerji sektorunda liderlik mövqeyini daha da gücləndirəcək, regional əməkdaşlığı təşviq edəcək və bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirəcək.
Bu sözləri energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılışı ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, mərkəzin Bakıda yaradılması Azərbaycanın bərabərhüquqlu üzv dövlətlərlə enerji əməkdaşlığını yeni səviyyəyə qaldıracaq.
“Bizim əsas məqsədimiz davamlı enerji keçidini təşviq etmək və regionda yaşıl enerjiyə investisiya cəlb etmək, həmçinin enerji səmərəliliyini artırmaqdır. Biz, həmçinin yaşıl enerji istehsalı və infrastrukturu sahəsində layihələrin inkişafı üçün maliyyə və texniki resursları səfərbər etməyi hədəfləyirik”, - deyə nazir vurğulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib YENİLƏNİB-7
ECO-nun 17-ci Zirvə Görüşü: Azərbaycanın yüksələn regional mövqeyi