Energetika Nazirliyi Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birlikdə “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edib.
azturkxeber.az xəbər verir ki, proqram COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda təqdim olunub.
Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən nazirlər və nazir müavinləri iştirak ediblər. Onlar Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün yaşıl enerjidən istifadəni artırmağın yollarını müzakirə edib.
Qeyd olunub ki, APRECA proqramı Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu