Noyabrın 15-də Qırğızıstan Beynəlxalq Universitetinin rektoru akademik Asilbek Aydaraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-dan verilən məlumata görə, universitetin rektoru professor Gülçöhrə Məmmədova ilə keçirilən görüşdə qonaqlara ali məktəbin tarixi, fəaliyyət istiqamətləri və elmi nailiyyətləri barədə ətraflı məlumat verilib. Rektor AzMİU-nun memarlıq və inşaat sahələrində Cənubi Qafqaz regionunda lider ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. O, həmçinin universitetin müasir texnologiyalar və innovasiyaların tədris prosesinə inteqrasiyası sahəsində atdığı addımlardan, eləcə də beynəlxalq miqyasda müxtəlif universitetlərlə əməkdaşlıq əlaqələrindən bəhs edib.
Akademik Asilbek Aydaraliyev isə rəhbərlik etdiyi universitetin Qırğızıstanda və Orta Asiyada təhsil və elmi-tədqiqat sahəsində qabaqcıl mövqedə olduğunu bildirib. O, universitetin multidisiplinar yanaşma və beynəlxalq əməkdaşlıq çərçivəsində tələbələrə geniş imkanlar yaratdığını, təhsil mühitində yenilikçi metodlar tətbiq etdiklərini vurğulayıb.
Görüşdə iki universitet arasında təhsil və elmi-tədqiqat sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı çoxsaylı mövzular müzakirə olunub. Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə təlim, seminarlarda iştirak və tədris materiallarının paylaşılması məsələləri xüsusi olaraq qeyd edilib. Bundan əlavə, elmi-tədqiqat sahəsində birgə layihələrin, simpozium və konfransların təşkil olunması, həmçinin hər iki universitetin tələbələri üçün ortaq təcrübə proqramlarının yaradılması müzakirələrin əsas məqamlarından olub.
Rektorlar bu əməkdaşlığın Azərbaycanla Qırğızıstan arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi və gənc mütəxəssislərin beynəlxalq təcrübə qazanması üçün əhəmiyyətli bir addım olduğunu vurğulayıblar.
Qeyd edək ki, bu görüş elmi-tədqiqat və innovasiya sahələrində regional əməkdaşlığın gücləndirilməsi baxımından hər iki universitet üçün yeni imkanlar açır. Əməkdaşlığın inkişafı ilə Azərbaycan və Qırğızıstanın gənc mütəxəssisləri daha geniş təhsil və təcrübə imkanları əldə edərək hər iki ölkənin inkişafına töhfə verə biləcəklər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
AzMİU və İngiltərənin Vestminster Universiteti əməkdaşlığı genişləndirir