“Biz Nigeriyanın yerli əhalisinin rifahı üçün tərəfdaş olaraq buradayıq. Onlar davamlı inkişaf hədəflərinə çata bilmirlər. Dünyada təxminən 8 milyard insan var. Afrikadan Amerikaya, Asiyaya, Avropadan Sakit okeana, Karib dənizindən Avstraliyaya qədər bütün yerli əhali bu 8 milyardın bir hissəsidir”.
Bunu COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyasının iştirakçısı, Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri Uzodinma Adirieje jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Nigeriyanın elə yerli insanları var ki, onların hüquq və imtiyazları hər gün tapdalanır: “Onlardan bəziləri təbii mühitlərindən uzaqlaşdırılıb. Onlar əlverişli, əlçatan və dayanıqlı alternativ vasitələrlə təmin olunmayıb. Bu səbəbdən yerli insanlara qayğı göstərilməlidir.
Biz Birləşmiş Millətlər Təşkilatının yerli əhali ilə bağlı rəsmi siyasətinin hər bir ölkə üçün təbiətə çox yaxın mövcud olan, təbii mühitimizin saxlanmasında ilk növbədə məsul olan, təbii mühitin qorunmasına cavabdeh olan yerli insanların rifahı üçün uyğunlaşması, qəbul edilməsi və həyata keçirilməsi üçün məcburi olmasını tələb edirik. Bu insanlar ətraf mühitə, mədəniyyətlərinə, sivilizasiyalarına və rifahlarına görə sıxışdırılırlar. Əsrlər boyu insanlara ətraf mühitini qoruyub saxlamağa kömək edən bəzi yerli mədəniyyətlər məhv edilib. Dünya yerli insanlara diqqət yetirməyincə, iqlimə nəzarətə nail olmaq üçün göstərdiyimiz heç bir səylər nəticə verməyəcək”.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!