Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Kazanda keçirilən BRICS sammitində görüşü danışıqların davam etdirilməsi üçün müsbət impulslar yaradıb.
azturkxeber.az xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib.
O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bildirib: “Cənab Prezident ilə Ermənistanın baş naziri arasında Kazanda çox səmərəli görüş oldu. Bizim niyyətimiz bu impulslar əsasında danışıqları davam etdirməkdir”. Prezidentin köməkçisi onu da qeyd edib ki, Azərbaycan və Ermənistan gələn ay sülh sazişinin mətninin müzakirəsinə davam edəcəklər.
“Hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP29 konfransıdır. Yəqin ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”, - deyə Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisinin sözlərinə görə, sənədin mətni ilə bağlı müəyyən suallar var. “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki erməni tərəfi sülh sazişinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Beləliklə, biz bu kontekstdə prosesin gecikdiyini hiss edirik. Şübhəsiz ki, dekabr ayından etibarən yeni proses olacaq”.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB