azturkxeber.az
http://azturkxeber.az

Bəzi yerlərdə arabir yağış yağıb – FAKTİKİ HAVA

13-11-2024

 

Saat 09:00-a olan faktiki hava açıqlanıb.

azturkxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olub. “Düşən yağıntının miqdarı Astarada 42 mm, Lənkəranda 29 mm, Beyləqanda 20 mm, İmişlidə 12 mm, Qəbələdə 11 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Neftçalada 8 mm, Biləsuvar, Cəfərxan, Küdəmir, Sabirabad, Zərdab, Şahbuz, Mingəçevir, Qobustan, Naxçıvan, Şərur, Culfa, Ordubad, Şəki, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Bərdə, Yardımlı, Ağdamda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şimal küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb. Bakı, Şərur, Şahbuz, Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6 dərəcə isti, Aran rayonlarında 9, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta qeydə alınıb”, - deyə vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930