BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, noyabrın 13-də baş prokuror Kamran Əliyev BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.
Görüşdə COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğunun, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin təşkilatçılığı, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə noyabrın 15-də keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksəksəviyyəli sessiya barədə danışılıb, əməkdaşlığın, ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Qada Vali COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!