azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada mühafizə olunan qədim kitabların sərgisi təşkil edilib

12-11-2024

 

Noyabrın 12-də Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı “From the Golden fund of Azerbaijan National Library” mövzusunda virtual sərginin və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib.

azturkxeber.az xəbər verir ki, virtual sərgidə Milli Kitabxananın nadir kitablar fondunda mühafizə edilən qədim kitabların və xarici ölkə kitabxanalarından gətirilmiş əlyazmaların digital nüsxələri nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/sergi_en/index_en.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Xaqani Şirvani, Nəsirəddin Tusi, Mir Möhsün Nəvvab və digərlərinin dünya kitabxanalarında qorunan əlyazmalarının surətləri və nadir kitablar fondunda mühafizə edilən qədim kitablar nümayiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930