azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət naziri şəhid ailələri və qazilərlə görüşüb

09-11-2024

 Qobustan Milli Tarix-Bədii Qoruğunda Vətən Müharibəsindəki Şanlı Qələbəmizin 4-cü ildönümü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Mədəniyyət naziri Adil Kərimli şəhid ailələri və qazilərlə görüşüb. Şəhid ailələri və qazilər qarşısında çıxışı zamanı Nazir qeyd edib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və şanlı ordumuzun qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. 
Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış davam edir. Tarixi abidələrimiz bərpa olunur. Biz bu tarixi Zəfərimiz üçün torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən, al qanlarıyla tarix yazan şəhidlərimizə borcluyuq. 
Bayram münasibətilə şəhid ailələri və qaziləri təbrik edən nazir onlarla xatirə şəkli çəkdirib. 
Sonra tədbir iştirakçıları əl işlərindən ibarət sərgiyə baxış keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930